• Bakı 18° C

    2.83 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0238

Qahirədə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR

SİYASƏT

08 Iyun 2024 | 11:36

Qahirədə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR

Misir Ərəb Respublikasına rəsmi səfərə gələn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyunun 8-də “Əl İttihadiya”sarayında rəsmi qarşılanma mərasimi olub.

Bakıvaxtı.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

    Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb.

    Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.

    Prezident İlham Əliyev Misir əsgərlərini salamlayıb.

    Azərbaycan və Misir prezidentləri fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

    Azərbaycan Respublikasının və Misir Ərəb Respublikasının Dövlət himnləri səsləndirilib.

    Azərbaycan nümayəndə heyəti Misir Prezidentinə, Misir nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olunub.

    Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin qarşısından keçib.

    Dövlət başçıları rəsmi foto çəkdiriblər.


    Qahirədə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub - FOTOLARQahirədə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub - FOTOLARQahirədə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub - FOTOLARQahirədə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub - FOTOLARQahirədə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub - FOTOLARQahirədə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR