• Bakı 18° C

    8.43 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

İstanbulda partiya binasına silahlı hücum edildi - FOTO

DÜNYA

31 Mart 2023 | 15:06

İstanbulda partiya binasına silahlı hücum edildi - FOTO

Türkiyədə “İYİ Partiya”nın İstanbulda yerləşən binasına şəxsiyyəti hələ müəyyən olunmayan şəxs və ya şəxslər tərəfindən silahlı hücum edilib.

Bakıvaxtı.az xəbər verir ki, binanın pəncərəsinə güllə dəyib.

Hücumdan sonra polis hadisə yerində araşdırmaları davam etdirir.

Xatırladaq ki, “İYİ Partiya”nın sədri Meral Akşener CHP lideri Kamal Kılıçdaroğlunun vahid namizədliyinə qarşı çıxış edərək “Altılı masa”nı tərk edib. Lakin sonradan M.Akşener “Altılı masa”ya geri qayıdıb və “Millət İttifaqı”nın toplantısından sonra K.Kılıçdaroğlu vahid namizəd elan olunub.

Qeyd edək ki, Türkiyənin Ali Seçki Şurası ötən gün ölkə prezidentliyinə namizədlərin yekun siyahısını təsdiqləyib - Kamal Kılıçdaroğlu, Məhərrəm İncə, Rəcəb Tayyib Ərdoğan və Sinan Oğanın prezidentliyə namizədlikləri təsdiq olunub.


SON XƏBƏRLƏR

19 Aprel 2024