• Bakı 23° C

    2.17 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Belarus hərbi qüvvələrinin sayını açıqladı

DÜNYA

30 Aprel 2023 | 12:29 | Müəllif: Subhan Mahmudov

Belarus hərbi qüvvələrinin sayını açıqladı

Belarusda güc strukturlarının şəxsi heyətinin sayı hazırda 1,5 milyon nəfərdir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Belarus Təhlükəsizlik Şurasının katibi Aleksandr Volfoviç deyib.

Onun sözlərinə görə, Prezident Aleksandr Lukaşenkonun əmri ilə yaradılmış xalq milisi də bu saya daxildir:

“Bu gün biz bütün bu strukturları sülh dövründə saxlayırıq. Bütün kompleks - hərbçilər, polislər, Dövlət Təhlükəsizliyi Komitəsi, sərhədçilər, ərazi müdafiəsi və xalq milisləri - ümumilikdə 1,5 milyon şəxs əlində silahla vətənlərini müdafiə edəcəklər”, - Volfoviç bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026