• Bakı 20° C

    1.13 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

İstedadlı uşaqların potensialını artırmağı bacarmırsınızsa, çəkilin bu yoldan - Deputat

CƏMİYYƏT

15 Avqust 2022 | 09:45

İstedadlı uşaqların potensialını artırmağı bacarmırsınızsa, çəkilin bu yoldan - Deputat

“İndoneziyada keçirilən 34–cü Beynəlxalq İnformatika Olimpiadasında şagirdlərimizin nəticələri qənaətbəxş olmayıb. Ən yüksək nəticə göstərən şagirdimiz Müasir Lisey Təhsil Kompleksinin şagirdi Səid Nəsibov 163 balla bürünc medal qazanıb. Bu dəyərli şagirdimiz etiraf edir ki, özü sərbəst hazırlaşıb. Digər şagirdlərimiz 600 baldan 92, 56, 22 bal toplayıblar”.

Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Etibar Əliyev bildirib.

Millət vəkili qeyd edib ki, keçən ilin nəticələrinə görə, Əziz Hüseynov 213, Səid Nəsibov 195 balla bürünc medal qazanıblar. Digər 2 şagirdimiz 195, 174 bal toplayıblar:

“2020-ci ildə bürünc medalçılarımız 303, 272 və 239 bal toplayıblar. Qaydalar həm də sadədir. Medallar Ümumi iştirakçıların 50 faizinə verilir. Bu il keçirilən Olimpiadaya yeni qoşulan ölkələr olduğundan bir bürünc medal qazana bilmişik.  Olimpiada Mərkəzinin yaradıldığı Riyaziyyat- İnformatika liseyinin şagirdlərinin nəticələri acınacaqlıdır. Bu layihəni də puç elədilər. fuadqarayev və muxtarməmmədov mifi karton evcik kimi dağıldı. Milyonlar hara xərclənib?Digər bir neçə ölkənin nəticələri məni xeyli düşündürdü”.

E.Əliyev bildirib ki, Ukrayna şagirdləri 2 qızıl, 1 gümüş, 1 bürünc medal qazanmaqla 8- ci yeri tutublar:

“Gürcüstan 1 gümüş, 2 bürünc.

Qırğızıstan 3 bürünc, 1 həvəsləndirici.

Beləliklə, Azərbaycan 88 ölkə arasında 69- cu yerdə;

İran 9-cu yerdə;

Türkiyə 18 -ci yerdə;

Qazaxstan 23 - cü yerdə;

Gürcüstan 33- cü yerdə

Qırğızıstan 37- ci yerdə. Bədnam qonşularımızın bizdən kəskin şəkildə öndə olması isə yalnız əsəb yaradır.

Bu gedişlə İnformasiya Texnologiyları sahəsində mütəxəssis hazırlamqda bədgüman olaraq qalacağıq.

Bu sahəyə cavabdeh adamlar təcili kənarlaşdırılmalıdırlar. Qalib ölkənin imicinə zərbə vurmayın. İstedadlı uşaqların potensialını artırmağı bacarmırsınızsa, çəkilin bu yoldan!”

Nuranə Daxilqızı

 


SON XƏBƏRLƏR