Ermənistanın dövlət sərhədində törətdiyi təxribat nəticəsində şəhid olan hərbçilərimizdən biri də Elşən Babazadədir.
Bakıvaxtı.az xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin kiçik giziri 1996-cı il təvəllüdlü Elşən Sahib oğlu Babazadə ötən gün nəşi doğulub boya-başa çatdığı Qəbələ rayonun Mıxlıqovaq kəndində torpağa tapşırılıb.
Qeyd edək ki, E.Babazadə nişanlıydı, iki bacının yeganə qardaşı idi. /Unikal


















