• Bakı 19° C

    2.72 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

İsveçdə Quranın yandırılmasında Rusiyanın əli - İDDİA

DÜNYA

30 Yanvar 2023 | 11:01

İsveçdə Quranın yandırılmasında Rusiyanın əli - İDDİA

"Quranın yandırılmasında İsveçin NATO-da iştirakına mane olmaq istəyən Moskvanın əli ola bilər".

Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki. bu iddia ilə Finlandiyanın xarici işlər naziri Pekka Haavisto çıxış edib.

Haavisto “YLE TV1” televiziyasına verdiyi müsahibədə Quranı yandıran ifrat sağçı lider Rasmus Paludanın Rusiya ilə potensial əlaqələrinin araşdırıldığını qeyd edərək ciddi əlaqə dəlillərinin olduğunu bildirib:

“Məsələn, Rusiyanın yoxsa NATO üzvlüyünü istəməyən üçüncü tərəflərin hər şeyi qarışdırmaq istəməsi sualları ağlımıza gəlir. Bu, bağışlanmazdır”.

İsveçdə hökumət Paludan ilə Rusiya arasında əlaqənin olub-olmaması ilə bağlı açıqlama verməyib, lakin İsveçin baş naziri Ulf Kristersson ölkənin adını çəkmədən “ölkənin hərbi ittifaqdan kənarda qalmasını istəyən qüvvələrə” istinad edib.

Ay Tac


SON XƏBƏRLƏR