• Bakı 26° C

    5.51 m/s

  • USD - 1.7

    EUR - 1.9768

    RUB - 2.1378

İsveçrə hökuməti əhaliyə xəbərdarlıq edib

DÜNYA

12 Avqust 2025 | 16:57

İsveçrə hökuməti əhaliyə xəbərdarlıq edib

İsveçrə hökuməti bu həftə ölkənin böyük hissələrində yüksək temperaturun davam edəcəyi barədə xəbərdarlıq edib.

Bakıvaxtı.az MeteoSwiss-in məlumatına görə, 3-cü səviyyə təhlükəsi elan olunub və bu, gündüz orta temperaturun 3 gün ardıcıl 25 dərəcədən yuxarı olacağı hallarda verilir.

Xəbərdarlıq xüsusilə Qərbi İsveçrə, Tiçino kantonu, həmçinin Cenevrə gölü ətrafı, Fribourg, Sürix, Solothurn, Bazel və Bern kantonlarının bəzi hissələrini əhatə edir.

Hökumət vətəndaşları isti hava şəraitinə qarşı diqqətli olmağa çağırır. Temperaturun yüksəlməsi sağlamlıq və ekosistem üçün risklər yarada bilər.

Əli Hüseynov


SON XƏBƏRLƏR