• Bakı 25° C

    7.64 m/s

  • USD - 1.7

    EUR - 1.9828

    RUB - 2.1134

İsveçrə Putinin toxunumazlığını təmin etməyə hazırdır

DÜNYA

19 Avqust 2025 | 18:19

İsveçrə Putinin toxunumazlığını təmin etməyə hazırdır

 İsveçrə hakimiyyəti Rusiya prezidenti Vladimir Putinin Ukrayna ilə bağlı sülh konfransında iştirak etməyə razılıq verəcəyi təqdirdə onun toxunulmazlığına zəmanət verir.

Bakıvaxtı.az bildirir ki, İsveçrənin Xarici İşlər naziri İnyatsio Kassis belə bəyanat verib.

Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron Rusiya və Ukrayna prezidentləri Vladimir Putinlə Volodimir Zelenski arasında Cenevrədə görüş keçirməyi təklif edib.

Onun fikrincə, görüşün Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) yurisdiksiyasını tanıyan ölkədə keçiriləcəyi təqdirdə, Avropa ölkələri “istisna tətbiq oluna bilər”. İsveçrə artıq görüşə ev sahibliyi etməyə hazır olduğunu açıqlayıb.

Xatırladaq ki, 2023-cü ilin martında BCM Vladimir Putin və Rusiyanın uşaq ombudsmanı Mariya Lvova-Belovanın “uşaqların qanunsuz şəkildə Ukraynadan çıxarılması” işi üzrə həbsinə order verib. Rusiyanın hakimiyyət orqanları BCM-ni tanımadıqlarını və onu qeyri-legitim hesab etdiklərini bildiriblər.

Rəsmi Cenevrə dəfələrlə bildirib ki, Vladimir Putinin həbsi barədə BCM-in orderlərinə əməl olunmasını tələb edən Roma Statutu çərçivəsində görə öhdəliklərə baxmayaraq, İsveçrə ərazisində Ukrayna ilə bağlı görüşlərə qatılmasında heç bir problem görmür.

“Rusiya, Ukrayna və Amerika prezidentlərinin görüşünün yeri ilə bağlı ABŞ və Avropa İttifaqı (Aİ) ölkələri arasında ilkin razılaşmalar əldə olunub. Tərəflər bunun Avropada baş tutması ilə bağlı razılığa gəliblər”, - dünən “Sky News” telekanalının yaydığı məlumatda vurğulanır.

Ötən həftəsonu İtaliyanın baş naziri Corca Meloni üçtərəfli sammitin Romada, Fransa prezidenti Emmanuel Makron isə Cenevrədə keçirilməsini təklif edib.

“Sky News” telekanalının iddiasına görə, birinci variantı ABŞ və Ukrayna prezidentləri dəstəkləyir. Lakin Rusiya lideri Vladimir Putin Cenevrə varinatına üstünlük verir.


SON XƏBƏRLƏR