• Bakı 22° C

    4.81 m/s

  • USD - 1.7

    EUR - 2.0052

    RUB - 2.0331

Suriya və İsrail ilin sonuna kimi təhlükəsizlik razılaşması imzalaya bilər

DÜNYA

18 Sentyabr 2025 | 16:18

Suriya və İsrail ilin sonuna kimi təhlükəsizlik razılaşması imzalaya bilər

Suriya ilin sonuna kimi İsraillə təhlükəsizlik və hərbi razılaşmalar əldə edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə suriyalı anonim rəsmi AFP-yə məlumat verib.

“İsraillə danışıqlarda irəliləyiş var. İlin sonuna qədər hərbi və təhlükəsizlik sahələrində razılaşmaların imzalanacağı gözlənilir. Biz İsrailin Suriyada hərbi əməliyyatlarını dayandırması barədə razılaşma əldə etmək istəyirik”,- suriyalı rəsmi bildirib.

Qeyd edək ki, Suriya Prezidenti Əhməd əl-Şaara dünənki açıqlamalarında İsrail-Suriya danışıqlarının növbəti günlərdə nəticə verə biləcəyini deyib.


SON XƏBƏRLƏR