Çinin Bazarın Tənzimlənməsi üzrə Dövlət İdarəsi (SAMR) "Google"a qarşı antiinhisar araşdırmasını dayandırmaq qərarına gəlib.
Bakıvaxtı.az "Financial Times"a istinadən xəbər verir ki, istintaq rəsmi olaraq fevral ayında başlayıb.
Əsas diqqət Android əməliyyat sisteminin dominant mövqeyinə və bu dominantlığın ondan istifadə edən "Oppo" və "Xiaomi" kimi Çin smartfon istehsalçıları üçün nəticələrinə yönəldilib.
Ekspertlərə görə, təhqiqatın dayandırılması qərarı tənzimləmə səylərini "Nvidia"ya yönəldən Pekinin taktikasında dəyişikliyə işarə edir və ABŞ ilə ticarət danışıqlarında bundan istifadə etməyə ümid edir.
Maraqlıdır ki, "Google"a istintaqın dayandırılması ilə bağlı rəsmi məlumat verilməyib.
Gülşən Şərif