• Bakı 18° C

    4.01 m/s

  • USD - 1.7

    EUR - 1.9908

    RUB - 2.1208

Əfqanıstan və Pakistan Dohada danışıqlar aparır

DÜNYA

18 Oktyabr 2025 | 14:46

Əfqanıstan və Pakistan Dohada danışıqlar aparır

Bu gün Əfqanıstan və Pakistan nümayəndə heyətləri sülh danışıqlarında iştirak etmək üçün Qətərin paytaxtı Dohaya gediblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə DW məlumat yayıb.

Hər iki tərəf bir həftədən çox davam edən və onlarla insanın ölümü ilə nəticələnən qarşıdurmadan sonra yaranmış böhranı yumşaltmağa ümid edir.

Hər iki ölkənin nümayəndə heyətinə müdafiə nazirləri rəhbərlik edir.

Pakistan tərəfi bildirib ki, müzakirələrin əsas məqsədi "Əfqanıstandan qaynaqlanan sərhədyanı terror aktlarının dərhal dayandırılması və sərhəd boyunca sülh və sabitliyin bərpası" olacaq.

Pakistanla Əfqanıstan bir-birlərini təxribatda ittiham edir. Əfqanıstan sərhəd bölgələrində hücumlar həyata keçirən silahlıları öz ərazisində gizlətmək ittihamını qəbul etmir.

Səudiyyə Ərəbistanı və Qətər daxil olmaqla, region ölkələri gərginliyin artmasının qarşısını almağa çağırıb.


SON XƏBƏRLƏR

17 Oktyabr 2025