• Bakı 18° C

    3.69 m/s

  • USD - 1.7

    EUR - 1.9908

    RUB - 2.1208

Rusiyaya dron hücumu yanğına səbəb oldu

DÜNYA

18 Oktyabr 2025 | 11:37

Rusiyaya dron hücumu yanğına səbəb oldu

Rusiyanın Ulyanovsk vilayətində pilotsuz uçuş aparatları (PUA) transformator yarımstansiyasına hücum edib və yanğına səbəb olub. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Regional İdarəetmə Mərkəzi (RİM) Telegram kanalında məlumat verib.

Məlumata görə, yarımstansiya vilayət mərkəzindən 88 km aralıda yerləşən Veşkayma qəsəbəsində yerləşir.

Dörd dronun düşməsi nəticəsində iki partlayış baş verib. Yanğın lokallaşdırılıb, yarımstansiyanın fəaliyyəti bərpa olunub və elektrik enerjisinin verilişi normal rejimdə davam etdirilir.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Rusiya Müdafiə Nazirliyi isə bildirib ki, ötən gecə hava hücumundan müdafiə sistemləri Ukrayna Silahlı Qüvvələrinə məxsus ölkə ərazisi üzərindəki 41 pilotsuz uçuş aparatını aşkarlayaraq məhv edib.

Dronların əksəriyyəti Bryansk vilayətində vurulub.

Mina Mikayılova


SON XƏBƏRLƏR

17 Oktyabr 2025