Tanınmış rusiyalı sosioloq, publisist və filosof Serqey Qeorqiyeviç Kara-Murza 86 yaşında vəfat edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı onun oğlu Qeorqiy Kara-Murzaya istinadən məlumat yayıb.
Qeyd edək ki, Serqey Kara-Murza Rusiya Yazıçılar İttifaqının üzvü idi və bir sıra populyar əsərlərin müəllifi kimi tanınırdı. Onun əsərləri postsovet məkanında geniş yayılmışdı və Rusiyada siyasət, mədəniyyət və kimlik mövzusundakı intellektual müzakirələrə ciddi təsir göstərmişdi. Kara-Murza Qərb təsirinin, qloballaşmanın və 1990-cı illərin islahatlarının sərt tənqidçisi, həmçinin Rusiyanın suveren inkişaf yolunun tərəfdarı kimi tanınırdı. O, həmçinin hazırda xarici agent kimi tanınan və Rusiya Maliyyə Monitorinq Xidmətinin terrorçular və ekstremistlər siyahısına daxil edilmiş müxalif siyasətçi Vladimir Kara-Murzanın əmisi idi.