• Bakı 22° C

    4.5 m/s

  • USD - 1.7

    EUR - 2.0052

    RUB - 2.0331

AMB üç valyuta mübadilə məntəqəsinə məcburi göstəriş verdi

CƏMİYYƏT

18 Sentyabr 2025 | 14:49

AMB üç valyuta mübadilə məntəqəsinə məcburi göstəriş verdi

Azərbaycan Mərkəzi Bankı (AMB) üç valyuta mübadilə məntəqəsinə – “Delta Capital”, “Money Shop” və “Meta-Kapital”a məcburi göstəriş tətbiq edib.

Bu barədə Bakıvaxtı.az AMB-yə istinadən xəbər verir.

    Məlumata görə, adıçəkilən şirkətlər tərəfindən tərəfindən “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qaydası”nın 7.1-ci bəndinin tələbləri pozularaq 2025-ci ilin avqust ayının sonuna hesabatların təqdim edilməməsinə görə “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun 13-7.1.2-ci maddəsinin tələblərini rəhbər tutaraq AMB tərəfindən “Delta Capital” , “Money Shop” və “Meta-Kapital”a bu hesabatları qanunvericiliklə müəyyən edilmiş vaxtda təqdim edilməsi ilə bağlı icrası məcburi göstəriş verilib.


    SON XƏBƏRLƏR