• Bakı 18° C

    4.01 m/s

  • USD - 1.7

    EUR - 1.9908

    RUB - 2.1208

AZAL-ın təyyarə qəzasında yaralanan Nurullah Siracov vəfat edib

CƏMİYYƏT

18 Oktyabr 2025 | 13:11

AZAL-ın təyyarə qəzasında yaralanan Nurullah Siracov vəfat edib

AZAL-ın Qazaxıstanın Aktau limanı yaxınlığında qəzaya uğrayan təyyarəsində yaralanan Zaqatala sakini Nurullah Siracov vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Lent.az-a mərhumun yaxınları məlumat veriblər.

Bildirilib ki, o, bu gün səhər saatlarında yaşadığı evdə dünyasını dəyişib.

Xatırladaq ki, Nurullah Siracov 2024-cü il dekabrın 25-də həyat yoldaşı ilə birgə Qroznıda yaşayan oğlunun yanına gedirmiş. Qəza zamanı onların hər ikisi xəsarət alaraq, xəstəxanaya yerləşdirilmişdilər.


SON XƏBƏRLƏR

17 Oktyabr 2025