• Bakı 18° C

    3.69 m/s

  • USD - 1.7

    EUR - 1.9908

    RUB - 2.1208

Nobel Sülh Mükafatı laureatı Netanyahunu təbrik etdi

CƏMİYYƏT

18 Oktyabr 2025 | 12:53

Nobel Sülh Mükafatı laureatı Netanyahunu təbrik etdi

2025-ci il Nobel Sülh Mükafatına layiq görülən Venesuela müxalifət lideri Mariya Korina Maçado İsrailin Baş naziri Benyamin Netanyahuya zəng edib.

Bakıvaxtı.az xəbər verir ki, o, Netanyahunu Qəzzaya hücumlar zamanı verdiyi “qəti qərarlara” görə təbrik edib.

İsrail Baş Nazirliyinin məlumatına görə, Maçado İsrailin “uğurlarını” yüksək qiymətləndirib və Qəzzadakı israilli əsirlərin azad edilməsindən məmnunluq ifadə edib.

O, həmçinin İsrailin “İran ekseninə qarşı” əməliyyatlarını dəstəklədiyini bildirib. Netanyahu isə Maçadonu Nobel Sülh Mükafatına layiq görülməsi münasibətilə təbrik edib.

Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsi Netanyahunun və keçmiş müdafiə naziri Yoav Qallantın Qəzzədə törədilən müharibə cinayətlərinə görə 21 noyabrda həbsinə order verib.

Əli Hüseynov


SON XƏBƏRLƏR

17 Oktyabr 2025