• Bakı 18° C

    3.79 m/s

  • USD - 1.7

    EUR - 1.9908

    RUB - 2.1208

9 aydan sonra ayrıldılar

ŞOU

17 Oktyabr 2025 | 23:51

9 aydan sonra ayrıldılar

Hollivud ulduzu Tom Kruz və kubalı aktrisa Ana de Armas 9 ay davam edən münasibətlərinə son qoyublar.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, cütlük münasibətlərini qoruyub saxlayıb və dost kimi qalmaq qərarına gəliblər:

“Onlar birlikdə gözəl vaxt keçirirdilər, amma münasibət artıq son mərhələsinə çatdı. İndi sadəcə dostdurlar və birgə layihələrdə işləməyə davam edirlər”.

Məlumata görə, Ana de Armas aktyorun qarşıdakı filmlərindən birində də yer alacaq. Hollivudda isə keçmiş sevgililərin eyni filmdə çəkilməsi yeni bir trendə çevrilib.


SON XƏBƏRLƏR

17 Oktyabr 2025