• Bakı 16° C

    1.87 m/s

Yeganənin səhhətində problem yarandı

ŞOU

12 Noyabr 2025 | 20:30 | Müəllif: Subhan Mahmudov

Yeganənin səhhətində problem yarandı

Müğənni Yeganə Mürsəlovanın səhhətində problem yaranıb. 

Bakıvaxtı.az  xəbər verir ki, sənətçi bu haqda "Günə uğurla" verilişində danışıb. O, bildirib ki, bir neçə gün əvvəl toyda halı pisləşib və yıxılıb:

"Acımız bizə məxsusdur. Bunu qəlbimizdə gizlədirik. İstəməmişəm ki, insanlara acımı hiss etdirim. Atamın 7 mərasimindən 2 gün sonra toy oxuyan adam olmuşam. Beh verib toya dəvət edəni necə qıra bilərəm? Ən çox qınanılanlar incəsənət adamlarıdır.

Dərdimizlə baş-başa qala bilmirik. Bir-iki gündür sağlamlığımla sınağa çəkilirəm. Ayın 9-da Gürcüstana getməli idim. Noyabrın 8-də toyda bir də gördüm yerdəyəm. Halım pisləşib yıxılmışam. Ümid edirəm yaxşı xəbər alaram". (Axşam.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Oktyabr 2026
24 Oktyabr 2026