• Bakı 18° C

    3.69 m/s

  • USD - 1.7

    EUR - 1.9908

    RUB - 2.1208

Ukraynalı politoloq: Zelenski-Tramp görüşünün nəticəsiz olacağı gözlənilən idi

DÜNYA

18 Oktyabr 2025 | 11:10

Ukraynalı politoloq: Zelenski-Tramp görüşünün nəticəsiz olacağı gözlənilən idi

Gözlənildiyi kimi Volodimir Zelenski ilə Donald Trampın görüşündə heç bir irəliləyiş olmadı.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Report-a politoloq Maksim Yali danışıb.

Onun sözərinə görə, lakin Trampın görüş sonrası paylaşımında cəbhə xətti boyunca döyüş əməliyyatlarının dayandırılması təşəbbüsü - hazırkı mərhələdə Ukrayna üçün optimal variantdır:

"Amma məlum olduğu kimi, bu nəticə Rusiya Prezidenti Vladimir Putini qane etmir.O, minimum olaraq bütün Donbas ərazisini əldə etmək istəyir. Budapeştdəki görüşə qədər cəbhədə heç bir əhəmiyyətli dəyişiklik gözləmək lazım deyil".

"Əgər Putin yenidən Budapeştdə Donetsk vilayətinin zəbt edilməmiş hissəsini istəyərsə, Trampın səbri o zaman, çox güman ki, tükənəcək", - M. Yali vurğulayıb.

Politoloq bildirib ki, o halda Ukrayna da "Tomahawk"ları və lazım olacaq silahları əldə edə biləcək. Beləliklə, çox gözləmək lazım deyil. Az qalıb - cəmi üç həftə. Şəxsən mən, Putinin realist olacağına xüsusi olaraq bel bağlamıram", - o, əlavə edib.


SON XƏBƏRLƏR

17 Oktyabr 2025