• Bakı 16° C

    4.8 m/s

  • USD - 1.7

    EUR - 1.9908

    RUB - 2.1208

Azərbaycan və İran HDQ-nin təlimləri başa çatdı

GÜNDƏM

17 Oktyabr 2025 | 22:31

Azərbaycan və İran HDQ-nin təlimləri başa çatdı

Azərbaycan və İran Hərbi Dəniz Qüvvələrinin (HDQ) iştirakı ilə keçirilən “AZIREX-2025” birgə axtarış-xilasetmə təlimi uğurla yekunlaşıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, təlim çərçivəsində qarşıya qoyulmuş tapşırıqlar hər iki ölkənin hərbi qulluqçuları tərəfindən dəqiqliklə yerinə yetirilib.

Plana uyğun olaraq, mərhələlər üzrə qarşılıqlı əlaqədə icra olunan fəaliyyətlər zamanı iştirakçılar yüksək döyüş hazırlığı nümayiş etdiriblər.

Təlim rəhbərləri şəxsi heyətin peşəkarlığını və hazırlıq səviyyəsini yüksək qiymətləndiriblər.

Təlimin sonunda qarşılıqlı hədiyyələr təqdim olunub və fərqlənən hərbi qulluqçular mükafatlandırılıb.


SON XƏBƏRLƏR

17 Oktyabr 2025