• Bakı 21° C

    2.25 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

Bakıda yeni katolik kilsəsi tikiləcək

CƏMİYYƏT

18 Oktyabr 2025 | 00:04 | Müəllif: Subhan Mahmudov

Bakıda yeni katolik kilsəsi tikiləcək

Bakıda daha bir katolik kilsəsi inşa olunacaq.

Bakıvaxtı.az xəbər verir ki, bunu birinci vitse-prezident Mehriban Əliyeva Vatikanın dövlət katibi kardinal Pietro Parolin ilə görüşü zamanı deyib.

Ölkəmizdə katolik icması ilə münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edən Birinci vitse-prezident deyib:

“Dövlət katibinin keçən ilin noyabrında Azərbaycanda qaldırdığı məsələ - ölkəmizdə ikinci Katolik Kilsəsinin tikilməsi müsbət həllini tapmaqdadır. Prezident İlham Əliyev tərəfindən artıq bu barədə müsbət qərar verilib və bu yaxınlarda paytaxtımızda ikinci Katolik Kilsəsinin inşasına başlanılacaq”.

Qeyd edək ki, Müqəddəs Məryəm hələlik Bakıdakı yeganə katolik kilsəsidir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Sentyabr 2026