Oğuz rayonundan axan dağ çaylarında qabaqlayıcı tədbirlər görülür.
Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində olan Oğuz Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən məlumat verilib.
Bildirilib ki, Oğuz rayon ərazisindən 5 böyük dağ çayı keçir. Çaylarda yaz və payız aylarında güclü sellər müşahidə olunur. Yaz sellərini ziyansız ötürmək məqsədilə hər il çay məcraları mütəmadi olaraq təmizlənir. Bu məqsədlə ilin əvvəlindən etibarən çaylarda 44 km olmaqla, ümumilikdə 360 min kubmetr təmizləmə işləri həyata keçirilib.
Bununla yanaşı ucqarda yerləşən Filfilli kəndinin sel sularından qorunması məqsədilə Qala çayının sağ sahilində 200 paqonmetr uzunluğunda daş beton bəndin tikintisi başlanılacaq.
Bakı 



