Xaçmazda təmirlə əlaqədar qaz təchizatı müvəqqəti dayandırılan 26 kəndə təbii qazın verilişi bərpa olunub.
“Azəriqaz” İstehsalat Birliyinin Xaçmaz Regional Qaz İstismarı İdarəsindən Bakıvaxtı.az-a verilən məlumata görə, Xaçmaz rayonunun Qusarçay kəndi istiqamətində istismarda olan D-315 millimetrlik ortatəzyiqli qaz xəttinin yerinin dəyişdirilməsi işləri artıq başa çatdırılıb.
Təmir işləri ilə əlaqədar dekabrın 16-da saat 10-dan etibarən Xaçmaz şəhərinin bir hissəsində, həmçinin Müşkür, Müzəffəroba, Müşfiq, Sabiroba, Mürşüdoba, Qadaşoba, Nərəcan, Ağtala, Qımılqışlaq, Mollabürhan, Mirzəmməd, Çinartala, Palçıqoba, Çuxuroba, Şıxlar, Hacıoba, Maşıoba, Çiləgir, Hacıqurbanoba, Xaspolatoba, Gödəkli, Çaykənarı, Ağaşirinoba, Manafoba, Gəncəli, Şıxlı kəndlərində, ümumilikdə 10 min 346 abonentə təbii qazın verilməsi müvəqqəti dayandırılmışdı.
Bakı 



