Daşkəsəndə 43 yaşll qadın siçan dərmanından zəhərlənib.
Bakıvaxtı.az-ın məlumatına görə, hadisə rayonun Mədənçilər qəsəbəsində qeydə alınıb. Belə ki, qəsəbə sakini 1982-ci il təvəllüdlü X.Süleymanova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib. Dərhal ona yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə, qadın yaşadığı evdə siçan dərmanından zəhərlənib, onun hansı şəraitdə zəhərlənməsi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır./Unikal
Bakı 



