• Bakı C

    1.87 m/s

  • USD - 1.7

    EUR - 2.0272

    RUB - 2.2385

Özündən 19 yaş böyük şəxsə ərə verilən qız DANIŞDI - VİDEO

CƏMİYYƏT

16 Dekabr 2025 | 19:02

Özündən 19 yaş böyük şəxsə ərə verilən qız DANIŞDI - VİDEO

Tovuz rayonunun Öysüzlü kəndində ərə verilən və müvafiq qurumlar tərəfindən mərasimin qarşısı alınan qız danışıb.

Bakıvaxtı.az Teleqraf.az-a istinadən xəbər verir ki, N.Ə. açıqlamasında toy mərasiminin keçirilmədiyini deyib: "Sadəcə "Hə" mərasimi keçirilirdi. Toy və ya nişan olmayıb. Ailə quracağım bəylə dağda tanış olmuşdum. Anası-atası da bilirdi. "Hə" almağa gəlmişdilər, o da baş tutmadı".

N.Ə. oğlan evi tərəfdən cəmi 5-6 nəfərin gəldiyini deyib: "Qeyd elədiyim kimi, "hə" almağa gəlmişdilər, mərasim də bu münasibətlə keçirilirdi. Yaşım 18-ə çatanadək məni gözləyəcəkdilər. Yaşım tamam olduqdan sonra toyumuz olacaqdı".

N.Ə. həmçinin bildirib ki, təhsil almaq arzusu olub, amma imkansızlıqdan təhsilinə davam edə bilməyib:

"Mahir Ələkbərov adına Öysüzlü kənd tam orta məktəbində oxuyurdum. Altıncı sinifdən çıxmışam. Səbəb imkansızlıq oldu. Təzədən yenə məktəbə müraciət etdim, qəbul eləmədilər, dedilər, bu məktəbdə yer yoxdur".

 


SON XƏBƏRLƏR

30 Yanvar 2026