• Bakı 12° C

    1.99 m/s

  • USD - 1.7

    EUR - 1.9792

    RUB - 2.1079

Yunanıstan və Ukrayna dəniz PUA-larının hazırlanmasında əməkdaşlıq edəcək

CƏMİYYƏT

16 Noyabr 2025 | 21:53

Yunanıstan və Ukrayna dəniz PUA-larının hazırlanmasında əməkdaşlıq edəcək

Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis və Afinada səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski müdafiə sahəsində əməkdaşlığı müzakirə edib və dəniz tipli pilotsuz uçuş aparatlarının hazırlanması və istifadəsi üzrə birgə fəaliyyət barədə razılığa gəliblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ANA-MPA agentliyi məlumat yayıb.

Görüşdən sonra yayılan birgə bəyanatda qeyd olunur ki, tərəflər “dəniz təhlükəsizliyinin gücləndirilməsinə yönəlmiş müdafiə əməkdaşlığını dərinləşdirmək, o cümlədən dəniz PUA-larının hazırlanması və istifadəsi, bu sahədə birgə təlimlər və tədris proqramlarının keçirilməsi, həmçinin dəniz təhlükələri barədə məlumat mübadiləsinin genişləndirilməsi” barədə razılığa gəliblər.


SON XƏBƏRLƏR