BŞ Prezidenti Donald Tramp rusiyalı və ukraynalı həmkarları Vladimir Putinlə Volodimir Zelenskini Ukraynadakı münaqişəyə son qoymağa çağırıb.
Bakıvaxtı.az xəbər verir ki, o bu barədə “Truth Social” şəbəkəsində yazıb.
“Zelenski ilə görüş çox maraqlı və səmimi keçdi, lakin mən ona dedim ki, Prezident Putinə də qəti şəkildə məsləhət gördüm ki, artıq razılaşmaq vaxtıdır!
Onlar olduqları yerdə dayansınlar. Qoy ikisi də qələbə elan etsin, imkan verin tarix mühakimə eləsin!” - Amerika Prezidenti əlavə edib.
Tramp bir daha vurğulayıb ki, o vaxt prezident olsaydı, Ukraynada münaqişə baş verməzdi.