• Bakı 19° C

    5.4 m/s

  • USD - 1.7

    EUR - 1.9908

    RUB - 2.1208

Daha bir təyyarə Bakıya təcili eniş etdi

CƏMİYYƏT

17 Oktyabr 2025 | 23:42

Daha bir təyyarə Bakıya təcili eniş etdi

Oktyabrın 17-də “LOT Polish Airlines” aviaşirkətinə məxsus, Varşava–Daşkənd marşrutu üzrə hərəkət edən “Boeing 737” tipli hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün sorğu göndərib.

Beynəlxalq hava limanından Bakıvaxtı.az-a bildirilib ki, buna səbəb təyyarədə olan sərnişinlərdən birinin səhhətində yaranmış problem olub.

Hava gəmisinin enişi yerli vaxtla saat 22:25-də təhlükəsiz şəkildə həyata keçirilib.

Sərnişinə tibbi heyət tərəfindən dərhal zəruri ilkin tibbi yardım göstərilib.

Heydər Əliyev Beynəlxalq Aeroportu hər zaman beynəlxalq hava nəqliyyatı standartlarına uyğun şəkildə fəaliyyət göstərərək, fövqəladə hallarda operativ reaksiya, təhlükəsizlik və insan amilini əsas prioritet kimi qiymətləndirir.


SON XƏBƏRLƏR

18 Oktyabr 2025