• Bakı 19° C

    5.4 m/s

  • USD - 1.7

    EUR - 1.9908

    RUB - 2.1208

Bu ölkədə “qızıl viza” proqramı tətbiq ediləcək

DÜNYA

17 Oktyabr 2025 | 21:57

Bu ölkədə “qızıl viza” proqramı tətbiq ediləcək

Rumıniya parlamentində yeni qanun layihəsi müzakirəyə çıxarılıb. Layihə ölkənin “qızıl viza” proqramını təqdim etməyi nəzərdə tutur.

Bakıvaxtı.az bu barədə ölkənin yerli KİV-lərinə istinadən xəbər verir.

Məlumata görə, Avropa İttifaqı hüdudlarından kənarda yaşayan şəxslər Rumıniyaya ən azı 400 min avro məbləğində sərmayə qoysalar 5 illik müddətə müvəqqəti yaşayış icazəsi ala biləcəklər.

Qeyd edək ki, bu təşəbbüs hələ parlamentdə ilkin mərhələdədir və qanun qəbul edilərsə Rumıniya 2026-cı ildən “qızıl viza” proqramını rəsmi tətbiq etməyi planlaşdırır.


SON XƏBƏRLƏR

18 Oktyabr 2025