• Bakı 17° C

    1.64 m/s

  • USD - 1.7

    EUR - 1.9908

    RUB - 2.1208

Cəmi 40 gün işlədi, istefaya göndərildi

İDMAN

18 Oktyabr 2025 | 20:30

Cəmi 40 gün işlədi, istefaya göndərildi

Avstraliyalı mütəxəssis Anqelos Postekoqlu İngiltərənin "Nottinqem Forest" futbol klubunun baş məşqçisi vəzifəsindən azad edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Anqelos Postekoqlu məyusedici nəticələrdən sonra dərhal baş məşqçi vəzifəsindən azad edilib", - deyə klubun bəyanatında bildirilib.

Bu gün İngiltərə çempionatının səkkizinci turunda "Nottinqem" evdə "Çelsi"yə 3:0 hesabı ilə uduzub, komandanın bütün yarışlardakı qələbəsiz seriyası 10 matça çatıb. Komanda 5 xalla çempionat cədvəlində 17-ci yerdədir.

Altmış yaşlı A.Postekoqlu sentyabrın 8-də "Nottingem Forest"ə rəhbərlik etməyə başlayıb.


SON XƏBƏRLƏR