• Bakı 13° C

    1.78 m/s

  • USD - 1.7

    EUR - 1.9792

    RUB - 2.1079

Portuqaliya Ermənistanı darmadağın etdi

İDMAN

16 Noyabr 2025 | 20:25

Portuqaliya Ermənistanı darmadağın etdi

Futbol üzrə DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində Portuqaliya və Ermənistan milliləri üz-üzə gəlib.

Bakıvaxtı.az xəbər verir ki, Draqao stadionunda keçirilən oyunda Portuqaliya öz meydanında Ermənistanı 9:1 hesabı ilə məğlub edərək dünya çempionatına vəsiqə qazanıb.

Portuqaliyaya qələbə qazandıran qolları Kriştiano Ronaldosuz Renato Veyqa (7-ci dəqiqə), Qonsalu Ramuş (28), Joau Neveş (30,41, 81), Brunu Fernandeş (45+3 - penalti, 52, 72 - penalti) və Fransişku Konseysau (90+2) vurub.

Ermənistanın yeganə təsəlli qolunu 18-ci dəqiqədə Eduard Spertsyandan vurub.

Qeyd edək ki, DÇ-2026 11 iyun - 19 iyul tarixlərində ABŞ, Meksika və Kanadada keçiriləcək.


SON XƏBƏRLƏR