• Bakı C

    8.55 m/s

  • USD - 1.7

    EUR - 1.9977

    RUB - 2.1379

"Qarabağ" cərimələndi - SƏBƏB

İDMAN

16 Dekabr 2025 | 15:03

Qarabağ cərimələndi - SƏBƏB

"Qarabağ" azarkeşlərinə görə cərimələnib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Ağdam klubu Misli Premyer Liqasının XV turunda "Araz-Naxçıvan"la matçın 2-ci hissəsində azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə 3000 manat ziyana düşüb. "Araz-Naxçıvan" isə 4 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat cərimələnib.

"Kəpəz" – "Qəbələ" oyununda Gəncə komandası "Kəpəz" komandası 4 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat ödəməli olacaq. "Qəbələ" isə 36-cı dəqiqədə futbolçusu İbrahim Sanqarenin ciddi qayda pozuntusuna görə 1000 manat ziyana düşüb. İ.Sanqare isə 2 oyunluq diskvalifikasiya olunub.

"Karvan-Yevlax" "İmişli" ilə oyunda 4 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat cərimələnib. "Sumqayıt" isə "Neftçi" il matçda sarı vərəqə alan 5 futbolçusuna görə eyni məbləğdə cərimə ödəməli olacaq.


SON XƏBƏRLƏR