• Bakı 13° C

    1.78 m/s

  • USD - 1.7

    EUR - 1.9792

    RUB - 2.1079

Azərbaycan millisi seçmə mərhələdəki son matçında Fransa yığmasına uduzub - YENİLƏNİB

İDMAN

16 Noyabr 2025 | 22:52

Azərbaycan millisi seçmə mərhələdəki son matçında Fransa yığmasına uduzub - YENİLƏNİB

Futbol üzrə Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində sonuncu oyununu keçirib.

Bakıvaxtı.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv Bakıda Fransa yığmasını qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 3:1.

Hesabı 4-cü dəqiqədə Renat Dadaşov açıb.

Qonaqlarda isə 17-ci dəqiqədə Jan-Filipp Mateta, 30-cu dəqiqədə Manes Akliuş, 45+1-ci dəqiqədə Kefrren Türam fərqləniblər.

D qrupunun digər matçında Ukrayna İslandiyanı üstələyib - 1:0.

Qeyd edək ki, 16 xalla qrupda lider olan Fransa komandası DÇ-2026-nın final mərhələsinə vəsiqəni əvvəlki turda təmin edib. Xallarının sayını 10-a çatdıran Ukrayna pley-offa yüksəlib. 7 xalı olan İslandiya seçmə mərhələni üçüncü sırada bitirib. Azərbaycan millisi 1 xalla dördüncü ola bilib.

***

22:07

DÇ-2026-nın seçmə mərhələsinin Azərbaycan-Fransa oyununda ikinci hissə başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, hazırda qonaqlar öndədir - 3:1.

4-cü dəqiqədə Renat Dadaşov hesabı açıb. Fransa yığmasında isə 17-ci dəqiqədə Jan-Filipp Mateta, 30-cu dəqiqədə Manes Akliuş, 45+1-ci dəqiqədə Kefrren Türam fərqlənib.

***

21:52

DÇ-2026-nın seçmə mərhələsinin Azərbaycan-Fransa oyununda ilk hissə başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, qonaqlar fasiləyə öndə yollanıblar - 3:1.

4-cü dəqiqədə Renat Dadaşov hesabı açıb. Qonaqlarda isə 17-ci dəqiqədə Jan-Filipp Mateta, 30-cu dəqiqədə Manes Akliuş, 45+1-ci dəqiqədə Kefrren Türam fərqlənib.

***

21:48

DÇ-2026-nın seçmə mərhələsinin Azərbaycan-Fransa oyununda dördüncü qol vurulub.

Bakıvaxtı.az xəbər verir ki, qonaqlar hesab arasındakı fərqi artırıblar - 3:1.

45+1-ci dəqiqədə Kefrren Türam adını tabloya yazdırıb.

***

21:30

DÇ-2026-nın seçmə mərhələsinin Azərbaycan-Fransa oyununda üçüncü qol vurulub.

Bakıvaxtı.az xəbər verir ki, bu dəfə qonaqlar hesabda önə keçiblər - 1:2.

Manes Akliuş 30-cu dəqiqədə Fransanı hesabda önə keçirib.

***

21:19

DÇ-2026-nın seçmə mərhələsinin Azərbaycan-Fransa oyununda ikinci qol vurulub.

Bakıvaxtı.az xəbər verir ki, bu dəfə qonaqlar tarazlığı bərba ediblər - 1:1.

17-ci dəqiqədə Jan-Filipp Mateta fərqlənib.

***

21:09

DÇ-2026-nın seçmə mərhələsində keçirilən Azərbaycan - Fransa oyununda ilk qol vurulub.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan millisi matçda hesabı açıb.

4-cü dəqiqədə Renat Dadaşov rəqibi məyus edib.

***

21:02

DÇ-2026-nın seçmə mərhələsində keçirilən Azərbaycan-Fransa oyunu başlayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionundakə qarşılaşma saat 21:00-da start götürüb.

Matçı latviyalı Andris Treymanis idarə edir.

D qrupunun digər matçında Ukrayna İslandiya ilə üz-üzə gələcək. Həmin görüş saat 23:45-də başlayacaq.

Qeyd edək ki, 13 xalla qrupda lider olan Fransa komandası DÇ-2026-nın final mərhələsinə vəsiqəni təmin edib. İslandiya və Ukrayna 7 xalla növbəti pilləri bölüşdürürlər. 1 xalı olan Azərbaycan millisi dördüncüdür.


SON XƏBƏRLƏR