• Bakı 13° C

    2.64 m/s

  • USD - 1.7

    EUR - 1.9792

    RUB - 2.1079

Azərbaycanın idman tarixində ilk deflimpiya medalını qazanıb

    İDMAN

    16 Noyabr 2025 | 18:34

    Azərbaycanın idman tarixində ilk deflimpiya medalını qazanıb

    Yaponiyada keçirilən XXV Yay Deflimpiya Oyunlarında Azərbaycan öz idman tarixində ilk deflimpiya medalını qazanıb.

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, medalı ölkəmizi cüdo yarışlarında 60 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız Coşqun Əliyev qazandırıb.

    Cüdo yarışlarının ilk günündə tatami üzərinə çıxan deflimpiyaçımız əvvəlcə 1/8 finalda Cənubi Koreyadan Çoi Junho, 1/4 finalda xorvatiyalı Tonzetiç Yosipi, yarımfinalda isə Niderlanddan olan Vesteroff Albert Gerhardua Hendrikə qalib gələrək finala yüksəlib.

    Həlledici mərhələdə Coşqun Əliyev rəqibi braziliyalı Dantas Pedroya məğlub olsa da, Azərbaycan tarixində ilk dəfə olaraq Deflimpiya Oyunlarında gümüş medal qazanan deflimpiyaçı kimi tarixə düşüb.

    Mükafatlandırma mərasimində idmançımıza medalı Beynəlxalq Eşitmə Məhdudiyyətli Şəxslərin İdman Komitəsinin vitse-prezidenti Yutaka Osugi təqdim edib.

    Noyabrın 26-dək davam edəcək və ümumilikdə 3 mindən çox idmançının iştirak etdiyi XXV Yay Deflimpiya Oyunlarında ölkəmiz ilk dəfədir 6 idman növü üzrə 20 idmançı ilə təmsil olunur.

    Qeyd edək ki, deflimpiya hərəkatı eşitmə məhdudiyyətli şəxslər arasında idmanın inkişafına xidmət edir.

    Deflimpiya Oyunları dünyanın ikinci ən qədim beynəlxalq çoxnövlü idman tədbiridir.


    SON XƏBƏRLƏR

    15 Noyabr 2025