• Bakı 28° C

    7.43 m/s

  • USD - 1.7

    EUR - 1.9638

    RUB - 2.0646

Qanunsuz balıq ovu ilə məşğul olanlar saxlanıldı

CƏMİYYƏT

18 Oktyabr 2025 | 15:04

Qanunsuz balıq ovu ilə məşğul olanlar saxlanıldı

Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində qanunsuz olaraq elektrik avadanlığından istifadə etməklə balıq ovlayan  rayon sakinləri, S.Hümbətov, N. Rəcəbov, H. Bayramov saxlanılıblar.

Bakıvaxtı.az xəbər verir ki, onların Gorançay çayının rayon ərazisindən keçən hissəsində elektrik avadanlığından istifadə etməklə qanunsuz balıq ovu ilə məşğul olduqları müəyyən edilib.

Həmin şəxslər saxlanılan zaman onlardan müxtəlif elektrik avadanlıqları və qanunsuz ovlanmış balıqlar maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Avqust 2026