• Bakı 18° C

    4.05 m/s

  • USD - 1.7

    EUR - 1.9908

    RUB - 2.1208

Millimiz 10 il sonra dünya çempionu elan edildi

İDMAN

18 Oktyabr 2025 | 15:43

Millimiz 10 il sonra dünya çempionu elan edildi

Yunan-Roma güləşi üzrə millimiz 10 il sonra dünya çempionatının qalibi elan edilib.

Bakıvaxtı.az “Prosport.Az”a istinadla xəbər verir ki, buna səbəb ən ağır çəkidə rusiyalı olimpiya, üçqat dünya və Avropa çempionu Bilyal Maxovun qanında dopinq tapılmasıdır.

Beynəlxalq Dopinq-Test Agentliyi (ITA) onu 5 illik cəzalandırıb. Bu səbəbdən onun 10 yanvar 2015-ci ildən 27 yanvar 2020-ci ilədək qazandığı nailiyyətlər sıfırlanıb. Kabardin-Balkariyadan olan güləşçi bu müddətdə 2 bürünc medal qazanıb. Belə ki, ABŞ-nin Las-Veqas şəhərində keçirilmiş dünya çempionatında Maxov həm sərbəstlərdə (125 kq), həm də yunan-Roma güləşində (130 kq) bürünc medal qazanıb. Həmin bürünc medallar müvafiq olaraq Levan Berianidzeyə (Ermənistan) və Robi Smitə (ABŞ) veriləcək.

Yunan-Roma güləşində Bilyal Maxovun bürünc medalının əlindən alınması komanda növündə Rusiyanı 2-ci pilləyə endirib. Azərbaycan isə Rusiyanı 1 xal qabaqlayaraq (millimiz 1 qızıl, 1 gümüş və 1 bürünc medalla 39 xal qazanıb) çempion elan edilib. İndi Rusiya həmin çempionluq kubokunu Azərbaycana, bizim federasiya isə gümüş kuboku qarşı tərəfə verməlidir.

Qeyd edək ki, 2015-ci ildə keçirilmiş dünya çempionatında Rasul Çunayev (71 kq) çempion olub, Rövşən Bayramov (59 kq) 2-ci yeri tutub, Saman Təhmasibi (85 kq) isə bürünc medal qazanıb.


SON XƏBƏRLƏR

17 Oktyabr 2025