• Bakı 18° C

    4.05 m/s

  • USD - 1.7

    EUR - 1.9908

    RUB - 2.1208

"Whatsapp"da yeni qayda tətbiq ediləcək

CƏMİYYƏT

18 Oktyabr 2025 | 15:37

Whatsappda yeni qayda tətbiq ediləcək

“Meta” şirkəti votsapda istifadəçi məxfiliyini gücləndirmək məqsədilə yeni təhlükəsizlik sistemi tətbiq edir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “TechCrunch” portalı məlumat yayıb.

Yeniliyə əsasən, istifadəçilərə ardıcıl olaraq cavab almadan mesaj göndərən şəxslər və şirkətlər müəyyən məhdudiyyətlərlə üzləşəcək. Belə ki, yeni sistem spam və reklam mesajlarının qarşısını almağa yönəlib. Əgər bir şəxs və ya müəssisə istifadəçidən cavab almadan təkrar-təkrar mesaj göndərərsə, müəyyən bir mərhələdən sonra bu proses avtomatik dayandırılacaq.

Şirkət bildirib ki, bu funksiya ilk mərhələdə bir neçə ölkədə sınaqdan keçiriləcək və yalnız çoxlu sayda spam göndərən hesabları əhatə edəcək.


SON XƏBƏRLƏR

17 Oktyabr 2025