Azərbaycanın 17 yaşadək qadın futbolçulardan ibarət millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti müəyyənləşib.
Bakıvaxtı.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda oktyabrın 18-dən 21-dək Bakıda təlim-məşq toplanışında olacaq.
Yığma oktyabrın 22-də Avropa çempionatının seçmə mərhələsinin oyunları üçün Moldovanın paytaxtı Kişineuya yollanacaq.
Yığmaya ümumilikdə 18 futbolçu dəvət alıb.
| Nr. | Ad / Soyad | Klub |
| 1 | Aydan Abdullayeva | Sabah |
| 2 | İradə Əsədli | Şəfa |
| 3 | Aylin Quluzadə | Təhsil 8 İOEUGİM |
| 4 | Məryəm Səmədli | Sabah |
| 5 | Aysu Əsədova | Sabah |
| 6 | Aylin Kərimova | Sabah |
| 7 | Ayan Abdiyeva | Liman |
| 8 | Şəhanə Mirzəliyeva | Liman |
| 9 | Suel Polikarpova | Neftçi |
| 10 | Sara Səlimova | Neftçi |
| 11 | Naidə Məmmədova | Dirçəliş |
| 12 | Xədicə Rəhimova | Neftçi |
| 13 | Mehri Məmmədzadə | Baku Juniors |
| 14 | Fatimə Kərimli | Sabah |
| 15 | Tərgül Qəniyeva | Sabah |
| 16 | Yasmin Bəbirova | Təhsil 8 İOEUGİM |
| 17 | Zəhra İsmayılova | Şəfa |
| 18 | Aylin Azadova | Sabah |
Bakı 



