• Bakı 14° C

    6.07 m/s

  • USD - 1.7

    EUR - 1.9609

    RUB - 2.1026

Eyfel qülləsi bağlandı

DÜNYA

18 Sentyabr 2025 | 15:41

Eyfel qülləsi bağlandı

Parisdə keçirilən genişmiqyaslı etiraz aksiyaları fonunda Eyfel qülləsi ziyarətçilər üçün bağlanıb. 

Bakıvaxtı.az "France 24"ə istinadən xəbər verir ki, müvafiq bildiriş abidənin rəsmi saytında dərc olunub.

Məlumata görə, sentyabrın 18-də baş verən milli tətillə əlaqədar Eyfel qülləsi hazırda bağlıdır. 

Qüllənin ziyarətçilər üçün açılacağı vaxt bildirilməyib.

Qeyd edək ki, Fransanın daxili işlər naziri Bruno Retaillo ölkədə 230 etiraz aksiyasının qeydə alındığını, iştirakçıların 95 saytı blokladığını bildirib. Aksiyalar çərçivəsində səhər saatlarında 58 nəfər saxlanılıb, onlardan 11-i Parisdədir. Paris polis rəisi Laurent Nunez öz növbəsində bildirib ki, hakimiyyət ölkə boyu etirazçıların sayının 900 minə yaxın olacağını gözləyir.

Gülşən Şərif


SON XƏBƏRLƏR

03 Noyabr 2025