• Bakı 22° C

    5.72 m/s

  • USD - 1.7

    EUR - 2.0154

    RUB - 2.043

Marta Kos: Aİ Azərbaycanın minatəmizləmə fəaliyyətinə dəstəyini davam etdirəcək

SİYASƏT

18 Sentyabr 2025 | 12:51

Marta Kos: Aİ Azərbaycanın minatəmizləmə fəaliyyətinə dəstəyini davam etdirəcək

Avropa İttifaqı (AI) regionda davamlı sülhün təmin olunmasına yönəlmiş səylərə və Azərbaycanın humanitar minatəmizləmə sahəsindəki fəaliyyətinə dəstəyini bundan sonra da davam etdirəcək.

Bakıvaxtı.az xəbər verir ki, bunu Avropa İttifaqının Genişlənmə üzrə komissarı Marta Kos Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən sentyabrın 18-də qəbul edilərkən deyib.

Marta Kos, həmçinin Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması və sülh gündəliyinin irəlilədilməsi istiqamətində əldə edilmiş nailiyyətlər münasibətilə dövlət başçısına təbriklərini çatdırıb.

Komissar Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində uğurlu əməkdaşlığın qurulduğunu deyərək, həmçinin nəqliyyat sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük perspektivlərin olduğunu vurğuladı.


SON XƏBƏRLƏR

17 Sentyabr 2025