• Bakı 20° C

    5.49 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Mahmud Abbas Türkiyəyə səfər edəcək

DÜNYA

18 Sentyabr 2025 | 15:35 | Müəllif: Əli Hüseynov

Mahmud Abbas Türkiyəyə səfər edəcək

Prezident Rəcəb Tayyib Ərdoğan bu gün Fələstin Prezidenti Mahmud Abbası Ankarada rəsmi mərasimlə qarşılayacaq.

Bakıvaxtı.az bu barədə türk mediasına istinadla xəbər verir.

Bildirilib ki, görüşdən əvvəl Ərdoğan Şəhid, Qazi və Qazi yaxınlarının dövlət müəssisələrində yerləşdirilməsi üçün keçiriləcək püşkatma mərasimində iştirak edəcək.

Beştəpə Milli Konqres və Mədəniyyət Mərkəzində baş tutacaq tədbir yerli vaxtla saat 14:00-da başlayacaq.

İkitərəfli danışıqlardan sonra liderlər Mahmud Abbasın şərəfinə təşkil olunan şam yeməyində bir araya gələcəklər.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026