• Bakı 22° C

    4.5 m/s

  • USD - 1.7

    EUR - 2.0052

    RUB - 2.0331

Putinin "birbaşa xətt"i ilə mətbuat konfransı birləşdiriləcək

DÜNYA

18 Sentyabr 2025 | 14:28

Putinin birbaşa xətti ilə mətbuat konfransı birləşdiriləcək

Rusiya Prezidenti Vladimir Putinin "birbaşa xətt"i bu il yenidən böyük mətbuat konfransı ilə birləşdiriləcək və dekabrda keçiriləcək.

Bakıvaxtı.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Dmitri Peskov bildirib.

"Birbaşa xətt"ə gəlincə, bu il o, ənənəvi olaraq prezidentin böyük mətbuat konfransı ilə birləşdiriləcək. Bu, dekabrda baş tutacaq. Tarixi daha sonra açıqlayacağıq. Hazırlıqlara başlayırıq", - o qeyd edib.


SON XƏBƏRLƏR