• Bakı 22° C

    5.72 m/s

  • USD - 1.7

    EUR - 2.0154

    RUB - 2.043

Azərbaycan genişzolaqlı internetin orta sürətinə görə 5 pillə irəliləyib

İQTİSADİYYAT

18 Sentyabr 2025 | 12:39

Azərbaycan genişzolaqlı internetin orta sürətinə görə 5 pillə irəliləyib

Bu ilin avqust ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə (83,95 MB/S) görə iyul ayına nisbətən 5 pillə irəliləyərək 154 ölkə arasında 76-cı olub.

Bakıvaxtı.az "Speedtest Global Index"ə istinadən xəbər verir ki, bir il əvvəlki göstərici (45,47 MB/S) ilə müqayisədə ölkədə sabit genişzolaqlı internetin orta sürəti 85 % artıb.

Sabit genişzolaqlı internetin sürətinə görə ötən ay birinci yeri Sinqapur (394,3 MB/S), axırıncı yeri isə Suriya (3,35 MB/S) tutub.

Azərbaycan avqustda mobil internetin sürətinə görə isə iyul ayına nisbətən 5 pillə irəliləyərək 76,61 MB/S sürətlə 103 ölkə arasında 51-ci olub.

Mobil internetin sürətinə görə birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (614,42 MB/S), sonuncu yeri isə Boliviya (14,69 MB/S) tutub.

Hesabat ayında Bakı şəhərinin sabit genişzolaqlı internetin sürətinə görə mövqeyi əvvəlki aya nisbətən 2 pillə irəliləyərək 198 şəhər arasında 84,76 MB/S sürətlə 110-cu yerdə qərarlaşıb.

Şəhərlərin sabit genişzolaqlı internet üzrə reytinqinə Əbu-Dabi (369,17 MB/S) başçılıq edib. Sonuncu pillədə Hələb (2,83 MB/S) qərarlaşıb.

Azərbaycan paytaxtı ötən ay mobil internetin sürətinə görə isə əvvəlki aya nisbətən 2 pillə irəliləyərək 96,75 MB/S sürətlə 148 şəhər arasında 81-ci olub.

Şəhərlər arasında mobil internetin sürətinə görə birinci yeri Əbu-Dabi (625,24 MB/S), sonuncu yeri La Paz (Boliviya) (11,29 MB/S) tutub.


SON XƏBƏRLƏR

17 Sentyabr 2025