• Bakı 16° C

    12.43 m/s

  • USD - 1.7

    EUR - 1.9044

    RUB - 2.125

İtkin şəhid Muxtar Məmmədov dəfn edilib - YENİLƏNİB 

CƏMİYYƏT

16 May 2025 | 11:01

İtkin şəhid Muxtar Məmmədov dəfn edilib - YENİLƏNİB 

Beyləqan rayonunda naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Muxtar Bayram oğlu Məmmədovla Sədərək rayonunun Dəmirçi kəndində keçirilən vida mərasimi başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, M.Məmmədovun nəşi Şərur şəhəri Şəhidlər xiyabanında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, rayonun vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

***

10:00

Beyləqan rayonunda naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Muxtar Bayram oğlu Məmmədovun meyitinin qalıqları Sədərək rayonuna gətirilib.

Bakıvaxtı.az xəbər verir ki, şəhidin nəşi Şərurda ailəsinə təhvil verilib.

Şəhidlə vida mərasimi keçirilib.

Qeyd edək ki, Muxtar Bayram oğlu Məmmədov 1973-cü il oktyabrın 28-də Sədərək rayonunun Dəmirçi kəndində anadan olub. O, 1994-cü il yanvarın 1-də Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində itkin düşüb.

M.Məmmədov Şərur şəhəri Şəhidlər xiyabanında dəfn olunacaq.


SON XƏBƏRLƏR