• Bakı 17° C

    7.15 m/s

  • USD - 1.7

    EUR - 1.8246

    RUB - 0.0185

İYİ Partiyasının sədr müavini istefa verdi

SİYASƏT

25 Aprel 2024 | 17:31

İYİ Partiyasının sədr müavini istefa verdi

İYİ Partiyasının sədr müavini Birol Aydəmir vəzifəsindən və partiya üzvlüyündən istefa verib.

Bakıvaxtı.az "NTV"yə istinadən bildirir ki, bununla bağlı partiyanın sədr müavini "X" hesabında açıqlama yayıb.

B. Aydəmirin açıqlamasına görə, partiyanın institusional strukturu artıq insanların maraqları və gözləntiləri qarşısında çöküb. 

O, həmçinin başqan Meral Akşenerin örnək davranış nümayiş etdirdiyini və qurultayda namizəd olmayacağını açıqlayıb:

“İYİ Partiyasının hazırkı başqan namizədlərinin rəqabətinin yaratdığı atmosferlə ümidsizlikdən çıxması mümkün olmayacaq. Halbuki bu prosesdə mənim ümidim başqa idi. Biz partiya olaraq gəldiyimiz nöqtəni sağlam düşüncə ilə müzakirə etməliyik". 

Gülşən Şərif


SON XƏBƏRLƏR

04 May 2024