• Bakı 11° C

    4.95 m/s

  • USD - 1.7

    EUR - 1.8399

    RUB - 0.0185

İzmirdə AXC-nin 105, Türkiyənin 100 illiyi qeyd olundu - FOTOLAR

SİYASƏT

25 May 2023 | 16:40

İzmirdə AXC-nin 105, Türkiyənin 100 illiyi qeyd olundu - FOTOLAR

Türkiyənin İzmir şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin 105-ci və Türkiyə Cümhuriyyətinin 100-cü ildönümü qeyd edilib.

Bu barədə Bakıvaxtyı.az-a Türkiyədə yaşayan azərbaycanlı jurnalıist Nigar Ogeday bildirib.

Onun sözlərinə görə, Atatürk Kültür Mərkəzində keçirilən tədbir Azərbaycan Türkləri Dost Dərnəkləri Federasiyasının həmsədri İsa Ambarcının təşkilatçılığı ilə reallaşıb.

Tədbirə hər iki ölkənin millət vəkilləri, QHT sədrləri, ictimai xadimlər qatılıblar.

Tədbirin əvvəlində Türkiyə və Azərbaycanın Dövlət himnləri səsləndirilib, millət vəkillərinin çıxışlarından sonra sənətçi Roza İbadova Kocamazın Türkiyə və Azərbaycan şairlərindən oxuduğu şeirlər coşğu ilə qarşılanıb.

Tədbirdə Türkiyə-Azərbaycan ilişkilərin də mətbuatda verdiyi dəstəyə görə jurnalist Nigar Ogeday, Türkiyə-Azərbaycan mədəniyyətinin inkişafında verdiyi dəstəyi görə Sanatçı Roza  Kocamaz, 44 günlük savaş  zamanı Türkiyədən Azərbaycana gedərək cəbhə bölgəsində  qospitalda çalışmış tibb bacısı Ceyhunə Günərə günün anlamına uyğun olaraq plaket verilib. 

Qeyd edək ki, tədbirdə Milli Məclisin deputatları – Hikmət Babaoğlu, Sahib Alıyev, Mahir Abbaszadə, Fatma Yıldırım,  İzmir Ak Parti millət vəkili Ceyda Dönməz, YAP təmsilçisi Mayis Günə.iştirak ediblər.

Murad Məmmədli


SON XƏBƏRLƏR