• Bakı 17° C

    2.88 m/s

  • USD - 1.7

    EUR - 1.8238

    RUB - 0.0183

"Jiquli" qatara çırpıldı: xəsarət alanlar var  - FOTO

HADİSƏ

16 Aprel 2024 | 08:26

Jiquli qatara çırpıldı: xəsarət alanlar var  - FOTO

Dəmiryol keçidlərində sürücü diqqətsizliyi bu gün iki qəzaya səbəb olub.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə Azərbaycan Dəmir Yolları QSC-dən bildirilib.

    Məlumata görə, bu gün saat 00:28 radələrində ADY-yə məxsus yük qatarı Qala stansiyasında hərəkətdə olarkən dövlət qeydiyyat nişanı 10-EK-522 olan “Jiquli” markalı avtomobil xəbərdarlıq nişanlarına məhəl qoymadan dəmiryol xəttini keçməyə cəhd edib və qatara çırpılıb.

    Toqquşma nəticəsində avtomobilin sürücüsü və 2 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya yerləşdiriliblər.

    Digər bir hadisə isə saat 04:50 radələrində Əmircan stansiyasında baş verib. Dövlət qeydiyyat nişanı 77-DV-564 olan "Toyota Prius" markalı avtomobilin (taksi) sürücüsü idarəetməni itirərək Əmircan stansiyasında yerləşən qorunan dəmiryol keçidinin şlaqbaumunun dayağına dəyərək hasara çırpılıb.

    Hadisə nəticəsində sürücü xəsarət alıb.

    ADY nəqliyyat vasitələri sürücülərini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinin tələblərinə ciddi riayət etməyə çağırır.

    Dəmiryol keçidlərindən keçən zaman diqqətli olun! Qaydaları pozan sürücülər sadəcə 100 AZN məbləğində cərimələnmir, özünün və sərnişinlərin həyatını da riskə atırlar.


    SON XƏBƏRLƏR