Kabil hava limanı yaxınlığında avtomatik silahdan atəş açılıb.
Bakıvaxtı.az xəbər verir ki, “Al Arabiya” telekanalı bu barədə məlumat yayıb.
Bildirilib ki, atəş hava limanı ətrafında toplaşmış insanları dağıtmaq məqsədilə açılıb.
Məlumatda həmçinin “talibançılar”ın Kabil hava limanından bütün uçuşların müvəqqəti dayandırıldığını elan etdikləri qeyd olunub.
Nuranə Daxilqızı
















