• Bakı 26° C

    5.51 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Koronavirusun ABŞ üçün qorxunc STATİSTİKASI

DÜNYA

16 Sentyabr 2021 | 14:57 | Müəllif: Subhan Mahmudov

Koronavirusun ABŞ üçün qorxunc STATİSTİKASI

ABŞ-ın, təxminən, hər 500-cü sakini koronavirusa yoluxma nəticəsində ölüb.

Cons Hopkins Universitetinin məlumatına görə, çərşənbə axşamına qədər ABŞ-da koronavirusa yoluxanlar arasında 666,525 ölüm hadisəsi qeydə alınıb. Rəsmi statistikaya görə, ABŞ əhalisi keçən ilin aprel ayına olan məlumata əsasən, 331,4 milyon idi.

Beləliklə, ölkənin demək olar ki, hər 500-cü sakini COVID-19-dan vəfat edib.

Həmçinin hesablamalara görə, ABŞ-da koronavirus qurbanlarının ümumi sayının təxminən 1/4-ni yaşları 85-dən yuxarı olanlar təşkil edir.

Qeyd edək ki, pandemiya başlanandan bəri ABŞ-da 41,5 milyondan çox koronavirus infeksiyasına yoluxma halı aşkar edilib. Ölkə həm yoluxma sayına, həm də ölüm sayına görə dünyada birinci yerdədir. Son zamanlar yeni yoluxma hallarının əksəriyyəti “delta” ştammı ilə əlaqədardır.

 TASS


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Sentyabr 2026