Pentaqon rəhbəri Lloyd Ostin Ukraynaya səfəri çərçivəsində prezident Vladimir Zelenski və müdafiə naziri Andrey Taranla görüşəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Departamentinin yaydığı məlumatda deyilir.
Bildirilib ki, bu səfər Ukraynanın Avroatlantik istəklərini irəli aparmaq üçün lazım olan islahatları həyata keçirməkdə əldə etdiyi uğurları müzakirə etmək üçün fürsət olacaq.
















